İordaniya qırıcısı Səudiyyə Ərəbistanında qəzaya uğradı

Day.Az представляет новость на азербайджанском языке

İordaniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Səudiyyə Ərəbistanında qəzaya uğrayıb.

Day.Az Trend-ə istinadən bildirir ki, qəzaya uğrayan təyyarə Yəməndə ərəb koalisiyasının tərkibində hərbi əməliyyatlarda iştirak edirmiş.

 

Qırıcının pilotu katapult vasitəsilə xilas olub. Onun elə bu gün İordaniyaya qaytarılacağı barədə məlumat verilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.