Yumurta ucuzlaşdı

Day.Az представляет новость на азербайджанском языке.


Mağazalarda yumurtanın qiyməti fərqlidir. TTV (Region TV) xəbər verir ki, broyler təsərrüfatlarından gələn yumurtanın qiyməti 15 qəpikdən 8 qəpiyə, kənddən gətirilən yumurtalar isə 20 qəpikdən 15 qəpiyə düşüb.

Quşçuluq təsərrüfatlarından deyirlər ki, ucuzlaşmaya əsas səbəb istehsalın artmasıdır. Ekspertlər də ucuzlaşmanın səbəbini quşçuluq fermalarındakı artımla əlaqələndirirlər. Elə ötən il ölkədə onlarla quşçuluq fabriki istifadəyə verildib, və müqayisə üçün deyək ki, son bir ildə yumurta istehsalı 11,5% artıb.