https://news.day.az/society/565698.html
Moskva Bakıdan nümunə götürdü - FOTO
Day.Az представляет новость на азербайджанском языке.
Bakıdan sonra Rusiyanın paytaxtı Moskvada da metro stansiyalarının yeraltı keçidlərində satışlar qadağan ediləcək.
Anspress-in məlumatına görə, keçidlərdə qablaşdırılmayan, tez korlanan malların və suvenirlərin satılmasına icazə verilməyəcək. Rusiyanın paytaxt nəqliyyatı departamentinin müdir müavini Alina Bisembayeva bildirib ki, bu qadağa yalnız bəzi məhsullara şamil ediləcək.
"Biz başa düşürük ki, sərnişinlərə tez əldə edilə bilən qidalar lazımdır. Buna görə də metrostansiyaların yeraltı keçidlərində qablaşdırılmış qidaların satılmasına icazə veriləcək", - deyə o bildirib.
Bisembayevanın sözlərinə görə, 2014-cü ildən metropolitendə yenidənqurma işləri aparılır. "İşlərə başlamazdan əvvəl əhali arasında sorğu keçirilmişdi. Həmin sorğunun nəticələrinə əsasən biz belə bir qərara gəldik ki, yeraltı keçidlərdə ticarəti saxlamaq lazımdır", - deyə Alina Bisembayeva əlavə edib.
Xatırladaq ki, Azərbaycanda metro keçidlərində ticarətə ötən ildən qadağa qoyulub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре