Gəncədə qeyri-adi hadisə - FOTO

Day.Az представляет новость на азербайджанском языке:

Hamımız qaz yumurtasının rənginin ağ olduğunu görmüşük. Ancaq Gəncədə fərdi təsərrüfatlardan birində qaz qeyri adi-rəngdə - tünd qırmızı yumurtlayıb.
 

Kəpəz TV (Region TV) xəbər verir ki, qazın tünd qırmızı yumurtlaması hadisəsi Gəncənin qərb bölgəsində Kəpəz rayonunun ərazisində Kələbəcər rayonundan olan məcburi köçkün Sədaqət Qasımovanın həyətində baş verib. Belə ki, ev sahibi bir neçə gün əvvəl səhər saatlarında qazları hindən çölə çıxararkən yuvada adi yumurtaların yanında tünd qırmızısını da görüb. Sədaqət Qasımova əvvəlcə bunun qaza aid olduğuna tərəddüd edib və heç kimə demədən yumurtanı atıb. Bu hal yenə də təkrarlananda sındırıb. Üçüncü dəfə isə Sədaqət Qasımova tünd qırmızı rəngli qazın yumurtasını qonşulara göstərib.
 

Sədaqət Qasımova: "Ağsaqqallarımız, ağbirçəklərimiz dedi ki, bunu qaz yumurtlayıb. Bunu ancaq bilənə görsətmək lazımdır ki, bu, necə ola bilər. Anam, atam deyir belə bir şey görməmişik. Ağlım da kəsəndən birinci dəfədir ki, belə bir şeyə rast gəlmişəm".
 

Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti Mahir Hacıyev deyir ki, bu, anomaliya deyil. Ədəbiyyatda hətta həyatda da rast gəlinən haldır.

Mahir Hacıyev, Beynəlxalq Quşçuluq Asossiasiyasının Azərbaycan bölməsinin sədri, ADAU-nun dosenti: "Qaz yumurtasının tərkibində suyun da çox olması, saxlama, bəsləmə şəraitindən asılı olaraq yemin tərkibində müəyyən komponentlərin olması və quşun orqanizimində hormonal dəyişkənliklərin, müəyyən qədər pikmentasiyanın zəngin olması gətirib belə yumurtlanın olmasına çıxara bilər".
 

Sədaqət Qasımova tünd qırmızı qaz yurtasını kürd yatan qazın altına qoymaq fikrindədir. Onun sözlərinə görə, təxminən bir aydan sonra bu yumurtadan qaz cücəsi çıxacaq. Bu yumurtadan nə cür qaz balasının çıxacağı isə olduqca maraqlıdır.

Böyütmək üçün şəkillərə klikləyin.