Avtomobillər ucuzlaşıb

Day.Az представляет новость на азербайджанском языке.

RTV (Region TV) xəbər verir ki,  Xaçmazdakı avtomobil satışı mərkəzlərində nisbi durğunluq müşahidə olunur. Nəqliyyat vasitələrinin qiyməti xeyli ucuzlaşsa da, alıcı qıtlığı yaşanır. Satıcılar bildirirlər ki, ay ərzində 1-2 avtomobil satılır. Alıcılar daha çox Rusiya istehsalı olan ucuz nəqliyyat vasitələrini almağa üstünlük verirlər.

Satış mərkəzlərində qiymətlərin ucuzlaşmasını 6 ay öncə baş verən valyuta dəyişikliyi ilə əlaqələndirirlər. Bununla yanaşı, banklar avtomobil kreditlərini dayandırdığından alıcılıq qabiliyyəti aşağı düşüb.

Qış aylarında qiymətlərin daha da ucuzlaşacağı proqnozlaşdırılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.