10 günə 5 kiloqram arıqladan ən effektli pəhriz

Day.Az представляет новость на азербайджанском языке


Xalqxeber.az-in xəbərinə görə, düşünürük ki, heç kim bu təklifə yox deməz. Təqdim etdiyimiz qreypfrut pəhrizinə başlayın. Qreypfrut ilə bağlı aparılan araşdırmalar onun arıqlamağa kömək etdiyini sübuta yetirib.

Belə ki, araşdırmalar zamanı 12 həftə ərzində yeməklərdən əvvəl qreypfrut yeyən kök insanların onu yeməyənlərlə müqayisədə daha çox yağlarının əridiyi məlum olub.

Qeyd edək ki, qreypfrutla yanaşı onun suyu da insana toxluq hissi verir.

Qreypfrut pəhrizi:
Şəkər və karbohidrat (düyü, kartof, makaron) qəbul etməyin;
Soğan yeməyin;
Yumurta, qırmızı ət və s. kimi tərkibində bol miqdarda zülal olan qidalardan uzaq durun;
Hər yeməkdən əvvəl qreypfrut yeyin və ya qreypfrut suyu için;

Qreypfrut pəhrizi saxlayarkən günlük 800 kaloridən artıq qida qəbul etməyin. Bu pəhrizi 10 gündən artıq saxlamaq olmaz!