Rusiyada ticarət mərkəzi yandı

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın Lipetsk şəhərində "Lipçanla" ticarət mərkəzindən 500-dən çox adam təxliyə olunub.

Trend bildirir ki, təxliyəyə səbəb ticarət mərkəzində yerləşən ofislərin birində baş vermiş yanma olub.

Məlumata görə, yanğın haqqında məlumat səhər saatlarında daxil olub. Dərhal təxliyə aparılıb. Yanğının qarşısının alınmasına 8 yağınsöndürmə maşını cəlb edilib.

Yanğın nəticəsində xəsarət alan omayıb.

Yanğın səbələri məlum deyil. Araşdırma başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.