Rusiyaya “qırmızı yağış” yağdı

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın Norilsk şəhərində "qırmızı yağış" yağıb.

Trend xəbər verir ki, yağışın səbəbi kimi bölgədə yerləşən metallurgiya zavodunun borularının tərkibi göstərilib.

Qeyd olunur ki, səbəblərdən biri kimi həmçinin bir müddət əvvəl zavodun damının təmir olunması da göstərilib. Məlumata əsasən damdan yığışdırılan material külək nəticəsində havaya dağılıb və yerdə qırmızı gölməçələr yaranıb.

Bu hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.