Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır

Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır.

Trend-in məlumatına görə, bunu Rusiyanın "İzvestiya" nəşrinə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov deyib.

O bildirib ki, Bakı UNESCO ilə təmasdadır və azad edilmiş rayonlara komissiyanın səfərinin təşkili ilə məşğuldur:

"Bakı Qarabağın bütün mədəni irsinin qiymətləndirilməsi üzrə missiyanı alqışlayır və Prezident İlham Əliyev bunu dəfələrlə bəyan edib. Bundan başqa, aidiyyəti qurumlarımız UNESCO ilə konstruktiv dialoqdadr, artıq missiyanın texniki parametrlərinin razılaşdırılması aparılır. Ona görə də bu məsələdə istənilən spekulyasiya əsassızdır, siyasiləşdirilmsi yolverilməzdir".

E.İskəndərovun sözlərinə görə, onilliklər ərzində Qarabağa UNESCO qiymətlənidrmə missiyasının buraxılmamasının məsuliyyəti Ermənistandadır:

"Dünya ictimaiyyəti bu illər ərzində həmin ərazilərə ekspertlərin buraxılması məqsədilə Yerevana lazımi təzyiq göstərməyib. Əraziləri işğaldan azad etməklə biz UNESCO missiyasının reallaşdırılması üçün şərait yaratdıq. Biz hesab edirik ki, bütün dini və mədəni irs, o cümlədən Qarabağda xristian irsi qorunmalı və bərpa olunmalıdır".