Tunis ordusu İŞİD qruplaşmasının 5 üzvünü zərərsizləşdirib

Tunis ordusunun Əlcəzairlə sərhəddə İŞİD terror təşkilatının üzvlərinə qarşı həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində 5 terrorçu məhv edilib.

AZƏRTAC xəbər verir ki, "Al-Arabiya" telekanalı terrorçu qruplaşmanın daha 8 üzvünün yaxalandığını bildirib.

Tunis ordusu və təhlükəsizlik xidmətinin Çənabi dağlarında həyata keçirdikləri birgə əməliyyat zamanı çoxlu sayda silah-sursat ələ keçirilib. Hazırda Əlcəzairlə sərhəddə İraq, Suriya və Liviyadan bu ərazilərə axın etmiş terrorçulara qarşı əməliyyat davam edir.

İŞİD terrorçuları altı il əvvəl Tunisin Sousa kurort şəhərindəki çimərlikdə 39 əcnəbi turisti qətlə yetiriblər. Bu hadisədən sonra ölkənin turizm sektoru ciddi böhran keçirib. Həmin vaxtdan Tunis ordusu mütəmadi antiterror əməliyyatları həyata keçirir.