Bakı yollarında vəziyyət necədir?

Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.

Mərkəzdən Day.Az-a verilən məlumata görə, hazırda yollarda vəziyyət aşağıdakı kimidir:

1. Ziya Bünyadov prospektinin, Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqaməti sıxlıq

2. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Akademik Həsən Əliyev küçəsi istiqaməti sıxlıq

3. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsi sıxlıq

4. Tbilisi prospektinin 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqaməti sıxlıq

5. Zərifə Əliyeva küçəsində Azadlıq prospekti ilə kəsişmədən, Səməd Vurğun küçəsi ilə kəsişməyə qədər olan hissəsində sıxlıq

6. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Mərdanov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.