Prezident İlham Əliyev Vo Van Txıonqu Vyetnam Prezidenti seçilməsi münasibətilə təbrik edib

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonqunu vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.
Day.Az bu barədə AZƏRTAC-a istinadən xəbər verir.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli müstəvidə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре