“Doha Ekspo 2023”də Azərbaycan Milli Günü çərçivəsində konsert proqramı təşkil olunub - FOTO
Fevralın 22-də Qətərdə "Doha Ekspo 2023" Beynəlxalq Bağçılıq Sərgisində keçirilən Azərbaycanın Milli Günü çərçivəsində axşam saatlarında konsert proqramı təşkil olunub.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ekspo sərgisindəki Milli Gündə Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə keçirilən konsertdə "Natiq" ritm qrupunun ifasında "Şuşanın ritmləri", "Mehriban", Azərbaycan ritmləri, "Cəngi", "Qaytağı", "Qarabağ" kompozisiyası, Xalq artisti Ənvər Sadıqov və "Buta" qrupunun ifasında "Fantaziya" və digər bəstələr, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında "Odlar Yurdu" süitası, "Qaytağı" rəqsi, "Zəngəzur yallısı" təqdim edilib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 2-də başlayan və bu il martın 28-dək fəaliyyət göstərən "Doha Ekspo 2023"də Azərbaycan milli pavilyonla təmsil olunur. Azərbaycan pavilyonu Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə yaradılıb.
Qeyd edək ki, fevralın 21-dən Qətərdə həmçinin Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günləri keçirilir. Mədəniyyət günləri fevralın 24-dək davam edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре