"Crocus City Hall"da terror aktı törətməkdə şübhəli bilinən 4 nəfərin kimliyi bilindi

Moskvada "Crocus City Hall"da terror aktı törətməkdə şübhəli bilinən 4 nəfərin kimliyi müəyyən edilib.

Day.Az bu barədə rus "Telegram" kanallarına istinadən xəbər verir.

21-51 yaş aralığındakı şübhəli şəxslərin dördünün də Tacikistan vətəndaşı olduğu və avtomobillə Bryansk vilayətinə yollandıqları qeyd olunub.

Qeyd edək ki, məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Xatırladaq ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 60 nəfər ölüb, 140-dan çox yaralanan var.