https://news.day.az/azerinews/1717311.html Viruslardan necə qorunaq? - VİDEO Havaların soyuq keçməsilə bağlı qrip infeksiyaları həddindən çox yayılıb. Xüsusən də uşaqları xəstə salan bu viruslardan uşaqları, eləcə də özümüzü necə qoruya bilərik? Day.Az xezerxeber.az-a istinadən bildirir ki, həkim-pediatr Şəbnəm Azadlı deyib ki, son dövrlər ən çox yayılan virus influnza, rotavirus, adenavirusdur.

Viruslardan necə qorunaq? - VİDEO

Azərbaycanca, 22 декабря 2024 09:28 (UTC +04:00) 870
Viruslardan necə qorunaq?

Havaların soyuq keçməsilə bağlı qrip infeksiyaları həddindən çox yayılıb. Xüsusən də uşaqları xəstə salan bu viruslardan uşaqları, eləcə də özümüzü necə qoruya bilərik?

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, həkim-pediatr Şəbnəm Azadlı deyib ki, son dövrlər ən çox yayılan virus influnza, rotavirus, adenavirusdur.

O həmçinin qeyd edib ki, virusun əlamətləri yüngül keçir, amma bəzən 0-5 yaş aralığı uşaqlarda ağır bronxitlə, mədə- bağırsaq traktının pozulması ilə özünü göstərə bilir.

"Xüsusən də məktəblərdə virusun yayılmasının qarşısının alınması üçün tədbirlər görülməlidir",-deyə həkim- pediatr bildirib.  

Qeyd edək ki, orqanizmi müxtəlif viruslara qarşı qorumağın başqa üsulu da qidalanmanın sağlam formada təşkil olunmasıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости