Qarabağla bağlı lövhələr Zəngəzurdan yığışdırıldı

Zəngəzurda Azərbaycanla sərhəd xəttinin uzunluğa və Qarabağa neçə kilometr qaldığını göstərən lövhələr sökülüb.

Day.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Qeyd edilir ki, yeni quraşdırılan lövhələrdə yalnız sərhəddə yerləşən Dığ, Kornidzor kimi ətraf kəndlərə gedən yol göstərilir:

"Əvvəllər buradakı lövhədə "berdzora" (Laçın-red.), hətta konkret "stepanakertə" (Xankəndi-red.) nə qədər məsafənin qaldığı göstərilirdi. Lakin artıq bu adlar lövhədən tamamilə silinib. Həmçinin Ermənistan sərhədinin uzunluğunun da dəqiq nə qədər olduğu qeyd edilməyib".