Büdcə siyasətinin müəyyənləşdirilməsində əsas çağırışlar açıqlandı

Növbəti il və ortamüddətli dövr üçün büdcə siyasətinin müəyyənləşdirilməsində əsas çağırışlar açıqlanıb.

Day.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Nazirlər Kabinetində 2025-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində çıxışı zamanı bildirib.

"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya"sında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi;

Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təmin edilməsi;

Ölkənin hərbi-müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi;

NMR Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası;

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifah halının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketi;

Dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının təmin olunması əsas çağırışlar olaraq müəyyən edilib", - deyə, Baş Nazir qeyd edib.