Bakının bu rayonunda qaz olmayacaq

Səbail rayonunda qaz xətlərində aşkar edilən qaz sızmalarının aradan qaldırılması və üç yeni siyirtmənin quraşdırılması məqsədilə 01.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Day.Az xəbər verir, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

 

Bildirilib ki, təmir işləri müddətində Badamdar qəsəbəsində 2-ci massiv tam olaraq, 1-ci və 3-cü massivlər isə qismən qaz təchizatında müvəqqəti fasilələrlə üzləşəcək.