“Zəngilan” və “Şayıflı” su elektrik stansiyalarının enerji istehsalı açıqlanıb

Zəngilan rayonunda yerləşən "Zəngilan" və "Şayıflı" kiçik su elektrik stansiyalarında bu günə qədər istehsal olunmuş enerji həcmi məlum olub.
Day.Az xəbər verir ki, bu barədə Energetika Nazirliyi X sosial şəbəkəsində paylaşım edib.
Bildirilib ki, 2024-cü il mayın 18-də Oxçuçay üzərində inşa edilən "Zəngilan" və "Şayıflı" kiçik su elektrik stansiyaları istismara verilib.
Hər iki stansiyanın ümumi gücü 10,5 meqavatdır və hər birində gücü 5,25 MVt olan iki hidroaqreqat quraşdırılıb.
Qeyd olunur ki, fəaliyyətə başladığı dövrdən bu ilin may ayınadək "Zəngilan" KSES-də 25,1 milyon kilovat-saat, "Şayıflı" KSES-də isə 29,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре