Bakıda çay evində yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 250 m² olan ikimərtəbəli müxtəlif təyinatlı obyektin ikinci mərtəbəsində çay evinin mətbəxində 1 ədəd məişət avadanlığı qismən və 2 paq.m elektrik kabeli yanıb.

Bu barədə Day.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Yüksək temperaturdan 3 ədəd məişət avadanlığı qismən qarsalanıb.

Çay evi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.