https://news.day.az/azerinews/1755517.html Ukraynanın xarici işlər naziri ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib - FOTO Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və onun rəhbərlik etdiyi nümayəndə heyəti ASCO-nun "Suraxanı" gəmi-muzeyini ziyarət edib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, dünyanın ilk tanker-muzeyini ziyarət zamanı qonaqlara burada nümayiş etdirilən ekspozisiyalar, multimediya və audiovizual sistemlər təqdim olunub.

Ukraynanın xarici işlər naziri ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib - FOTO

Azərbaycanca, 25 мая 2025 18:02 (UTC +04:00) 860
Ukraynanın xarici işlər naziri ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və onun rəhbərlik etdiyi nümayəndə heyəti ASCO-nun "Suraxanı" gəmi-muzeyini ziyarət edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, dünyanın ilk tanker-muzeyini ziyarət zamanı qonaqlara burada nümayiş etdirilən ekspozisiyalar, multimediya və audiovizual sistemlər təqdim olunub. Həmçinin ziyarətçilərə Azərbaycanın zəngin dənizçilik ənənələri, Xəzər hövzəsində fəaliyyət göstərən ən qədim gəmiçilik şirkəti olan ASCO-nun tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Nazir Sibiqanın səfəri münasibətilə gəmi-muzeydəki audiobələdçi sisteminə Ukrayna dili əlavə edilib və ekskursiya tam şəkildə həmin dildə keçirilib.

Ukraynanın xarici işlər naziri "Suraxanı" gəmi-muzeyinin "Fəxri qonaqlar" kitabında ürək sözlərini qeyd edərək, ekskursiyadan məmnun qaldığını və Azərbaycanın dənizçilik irsinin qorunması istiqamətində görülən işləri yüksək qiymətləndirdiyini bildirib.

  • Ukraynanın xarici işlər naziri ASCO-nun “Suraxanı” gəmi-muzeyini ziyarət edib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости