https://news.day.az/azerinews/1769893.html Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədləri kimi yayılıb - İcma BMT katibliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurası və Baş...

Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədləri kimi yayılıb - İcma

Azərbaycanca, 24 июля 2025 18:19 (UTC +04:00) 405
Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədləri kimi yayılıb

BMT katibliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il mayın 21-də Türkiyənin paytaxtı Ankara şəhərində "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayıb.

Day.Az xəbər verir ki, İcmanın bununla bağlı bəyanatında deyilir:

"Qərbi Azərbaycan məsələsini prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəmdə saxlayan Prezident İlham Əliyevin sözügedən müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması insan hüquqları mövzusu olaraq Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin artırılmasında mühüm rol oynayır.

Qərbi Azərbaycan İcması sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış məsələsinə beynəlxalq aləmin dəstəyinin əldə edilməsi istiqamətində səylərini davam etdirəcək. İcma Ermənistan hökumətindən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər müvafiq beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq, Qərbi azərbaycanlıların öz evlərinə qayıdışına şərait yaratmağı tələb edir".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости