Ötən həftə Azərbaycanın maliyyə sektorunda baş verənlər

Ötən həftə açıqlanan məlumatlara görə, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yaranma tarixindən bəri büdcə gəlirləri 207,3 milyard ABŞ dolları təşkil edib.

Day.Az xəbər verir ki, ARDNF ötən il 7,858 milyard manat xalis mənfəət əldə edib. Fond ötən il Birləşmiş Ərəb Əmirliklərinə məxsus First Abu Dhabi Bankda 340,34 milyon manat məbləğində qısamüddətli depozit yerləşdirib.

Ötən ilin sonuna ARDNF qızıl külçələrə investisiyaları 21,003 milyard manat, törəmə maliyyə alətlərinə investisiyaları 53 min manat, özəl səhm fondlarına investisiyaları 3,804 milyard manat, daşınmaz əmlak fondlarına investisiyaları 4,564 milyard manat, səhmlərə investisiyaları 22,710 milyard manat, istiqrazlara investisiyaları 42,583 milyard manat təşkil edib. Fond ikinci rübdə 15,8 ton qızıl alıb.

Cari ilin iyun ayının sonuna ARDNF aktivləri 66,5 milyard ABŞ dollarına çatıb. Fond bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 3,718 milyard ABŞ dolları məbləğində vəsait satıb. Bu ilin iyulun birinə Fondun investisiya portfelində istiqrazlar və pul bazarı alətlərinin xüsusi çəkisi 38,9%-ə bərabər olub. İnvestisiya portfelinin 31,4%-ni Avropaya yatırılan investisiyalar təşkil edib.

Cari ilin iyun ayının sonuna Azərbaycanda mikro sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 3,202 milyard manat, orta sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,930 milyard manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankı (AMB)

Keçən həftə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7%, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8% səviyyəsinə endirilib. Mərkəzi Bank inflyasiyanı artıra biləcək əsas daxili risk faktorunu açıqlayıb. Məlumata görə, cari ilin ötən dövründə nağd və qeyri-nağd seqmentlər əhatə olunmaqla ümumilikdə valyuta bazarında təklif tələbi üstələyib. AMB bu ilin sonuna neftin bir barelinin orta qiymətini isə 68,6 dollar səviyyəsində, cari əməliyyatlar balansının (CƏB) profisitini isə 3,6 milyard dollar ətrafında proqnozlaşdırıb.

Azərbaycanın bank sektorunun son göstəriciləri açıqlanıb. Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 56,734 milyard manat olub. Bu ilin yanvar-iyun aylarında bankların xalis mənfəəti 6,1% azalaraq 576,6 milyona düşüb. İyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq, 20 milyon 642 min ədəd təşkil edib. Vaxtı keçmiş kreditlərin məbləği 527,4 milyon manat olub. Manatın nominal və real effektiv məzənnəsi azalıb. Manatın dövretmə sürəti artıb. İyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 48,468 milyard manat təşkil edib.

Bunlarla yanaşı, bu ilin iyulun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 7,961 milyard manat təşkil edib. Kredit təşkilatlarının (bank və qeyri bank) müddətlər üzrə kredit qoyuluşlarının cəmi məbləği 30,2 milyard manata çatıb. Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşlarının və əmanət qoyuluşlarının həcmi artıb. İyulun 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 15,437 milyard manat təşkil edib. Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun (bank və qeyri-bank birlikdə) həcmi 30,188 milyard manat təşkil edib.

Ötən həftə Azərbaycan Mərkəzi Bankı tərəfindən üç nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Mərkəzi Bank real sektorun maliyyə əlçatanlığının genişləndirilməsi üzrə yeni maliyyə aləti təqdim edib. Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (BVF) mövcud əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib.

Sığorta sektoru

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 817,048 milyon manat sığorta haqqı yığılıb, 432,198 milyon manat sığorta ödənişi edilib. Kredit sığortası üzrə sığorta şirkətlərinin yığımları 2,518 milyon manat, ödənişlər isə 37 min manat təşkil edib. Qeyri-həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 177,578 milyon manat, ödənişlərin həcmi 54,282 milyon manat təşkil edib. Əmlak sığortası üzrə sığorta şirkətlərinin yığımları 107 milyon manata, ödənişlər 20,2 milyon manata çatıb.

Maliyyə Nazirliyi

Cari ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19,804 milyard manat, dövlət büdcəsinin xərcləri 17,096 milyard manat açıqlanıb. Hesabat dövründə dövlət büdcəsinin gəlirlərinin 7,240 milyard manatı və ya 36,6%-i Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb. Bu ilin ilk altı ayında dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 9,527 milyard manat olub. Qeyri neft-qaz sektoru üzrə büdcə daxilolmaları 10,277 milyard manat təşkil edib.

Azərbaycanın daxili dövlət borcunun səviyyəsi cari ilin 1 iyul tarixinə 17,177 milyard manat, xarici dövlət borcu 5,011 milyard ABŞ dolları təşkil edib.

Maliyyə Nazirliyi tərəfindən xəzinə hesabının 330 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən iki bankında 28 gün müddətinə, 7% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Renkinqlər

Aktivlərinin həcminə görə Azərbaycan banklarının renkinqi

Bankların öhdəliklərinin həcminə görə renkinqi

Bankların kredit portfelinin həcminə görə renkinqi

Depozit portfelinin həcminə görə bankların renkinqi

Bankların xalis mənfəətinə görə renkinqi

Bankların nizamnamə kapitalına görə renkinqi

Bankların ümumi gəlirlərinin renkinqi

Sığorta şirkətlərinin ödənişlərinin həcminə görə yanvar-iyun ayları üzrə renkinqi

Sığorta şirkətlərinin yığımlarının həcminə görə yanvar-iyun ayları üzrə renkinqi

Sığorta şirkətlərinin yığımlarının dinamikasına görə yanvar-iyun ayları üzrə renkinqi

Sığorta şirkətlərinin ödənişlərinin dinamikasına görə yanvar-iyun ayları üzrə renkinqi