https://news.day.az/azerinews/1772782.html
Bakıda motosiklet və skuter oğurlayanlar saxlanılıb
Bakının Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, naməlum şəxslər gecə saatlarında paytaxt sakinlərinin birinə məxsus motosikleti qaçırıblar.
Bakıda motosiklet və skuter oğurlayanlar saxlanılıb

Bakının Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, naməlum şəxslər gecə saatlarında paytaxt sakinlərinin birinə məxsus motosikleti qaçırıblar.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən 2 şəxs saxlanılıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı isə vətəndaşların birinə məxsus 2000 manat dəyərində skuteri oğurlayan 4 şəxs tutulub.
Faktlarla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре