İsrail Qətərə zərbə endirib

İsrail müdafiə qüvvələri (IDF) Qətərin Doha şəhərinə aviazərbələr endirdiyini təsdiqləyib.

Day.Az xəbər verir ki, bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Zərbələrdə HƏMAS-ın Qətərdakı rəhbərliyinin hədəfə alındığı bildirilir.

"Zərbə endirilən rəhbərlik üzvləri terror təşkilatının fəaliyyətinə illər boyu rəhbərlik ediblər və birbaşa olaraq 7 oktyabr qırğınını həyata keçirməkdə və İsrail Dövləti ilə müharibə aparmaqda cavabdehdirlər,",deyə bəyanatda deyilir.

Hərbi qurum, zərbə zamanı mülki əhaliyə zərərin azaldılması üçün addımlar atıldığını, o cümlədən dəqiq silahlar və digər kəşfiyyat məlumatlarından istifadə edildiyini bildirib.

***

Qətərin paytaxtı Dohada bir neçə partlayış qeydə alınıb.

Day.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatlara görə, İsrail HAMAS hərəkatının liderlərindən birini zərərsizləşdirmək üçün Dohaya zərbə endirib.