https://news.day.az/azerinews/1780224.html Bakıda oğurluq edənlər tutuldu Sabunçu rayonu Bakıxanov qəsəbəsində bir nəfərə məxsus avtomobildən içərisində 5200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Bakıda oğurluq edənlər tutuldu

Azərbaycanca, 13 сентября 2025 14:12 (UTC +04:00) 456
Bakıda oğurluq edənlər tutuldu

Sabunçu rayonu Bakıxanov qəsəbəsində bir nəfərə məxsus avtomobildən içərisində 5200 manat olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən Day.Az-а verilən məlumata görə, Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən paytaxt sakini 43 yaşlı M.Tağıyev saxlanılıb.

 

Abşeron rayonunda isə evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyası talamaqda şübhəli bilinən əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Kürdəmir rayon sakini 42 yaşlı İ.Rüstəmzadə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости