https://news.day.az/azerinews/1781336.html Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq - Əli Əsədov Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq. Day.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib.

Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq - Əli Əsədov

Azərbaycanca, 18 сентября 2025 14:11 (UTC +04:00) 384
Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq

Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin ötürücülük qabiliyyətini artıracaq.

Day.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bişkekdə Türk Dövlətləri Təşkilatının hökumət başçılarının və onların müavinlərinin ilk toplantısında bildirib.

"Nəqliyyat sahəsində əməkdaşlığımız artan xətlə inkişaf edir və regional əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Türk dövlətlərinin ərazisindən keçən və təkcə regionumuz üçün deyil, həm də qlobal ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından strateji rol oynayan Orta Dəhlizin önəmi getdikcə artmaqdadır. Bu kontekstdə Azərbaycanın əsas ərazisinin Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi barədə bu yaxınlarda Vaşınqtonda əldə edilmiş razılaşmalar tarixi önəm kəsb edir. Zəngəzur dəhlizinin açılması bütün region dövlətlərinə yeni iqtisadi və tranzit fürsətləri qazandırmaqla yanaşı, Orta Dəhlizə inteqrasiya olunmaqla, onun ötürücülük qabiliyyətini artıracaq", - deyə Baş nazir vurğulayıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости