https://news.day.az/azerinews/1781766.html Bacı-qardaşın öldüyü hadisə ilə bağlı YENİ XƏBƏR Dünən Lənkəran rayonunda məktəbli bacı-qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bacı-qardaşın öldüyü hadisə ilə bağlı YENİ XƏBƏR

Azərbaycanca, 20 сентября 2025 10:04 (UTC +04:00) 408
Bacı-qardaşın öldüyü hadisə ilə bağlı

Dünən Lənkəran rayonunda məktəbli bacı-qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, fakta görə Lənkəran ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - 2 vəya daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə iş açılıb. İbtidai istintaq aparılır.

Qeyd edək ki, hadisə dünən səhər saat 08 radələrində baş verib. Quluzadə Vurğun Asif oğlu Lənkəran-Lerik magistral avtomobil yolunun Lənkəran rayonu Şovu kəndi ərazisindən keçən hissəsində idarə etdiyi 10-SV-620 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz C230" markalı avtomobillə yol kənarında hərəkətdə olan piyadalar -  2017-ci il təvəllüdlü Əlizadə Günay Şamid qızı və 2014-cü il təvəllüdlü Əlizadə Ramid Şamid oğlunu vurub. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости