https://news.day.az/azerinews/1781719.html Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından Day.Az-a verilən məlumata görə, bu gün yunan-Roma güləşi üzrə daha 3 çəkidə mübarizəyə start verilib.

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Azərbaycanca, 19 сентября 2025 21:57 (UTC +04:00) 971
Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından Day.Az-a verilən məlumata görə, bu gün yunan-Roma güləşi üzrə daha 3 çəkidə mübarizəyə start verilib.

Nihat Məmmədli (60 kq) əlcəzairli Abdelkarim Ferqata tam üstünlüklə (8:0) qalib gəlsə də, 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə 4:8 hesabıyla məğlub olub. Bu görüşdə ciddi zədələnən güləşçimiz yarışdan çəkilib.

Ülvü Qənizadə (72 kq) 1/8 finalda əlcəzairli Abdelmalek Merabetə (6:0), 1/4 finalda isə Cənubi Koreya güləşçisi Yeonqhun Noha (8:3) qalib gəlib. Həmyerlimiz yarımfinalda isə özbəkistanlı Abdulla Aliyevə şans tanımayıb - 5:0. Üçüncü dəfə dünya çempionatının finalına yüksələn Ülvü həlledici qarşılaşmada fransalı İbrahim Qanemlə üz-üzə gələcək.

Murad Əhmədiyev debütdə italiyalı Nikoloz Kaxelaşvilidən (4:1), 1/8 finalda qırğızıstanlı olimpiya mükafatçısı Uzur Cuzupbekovdan (5:1) güclü olub. Güləşçimiz 1/4 finalda ermənistanlı olimpiya, 4 qat dünya və 7 qat Avropa çempionu Artur Aleksanyanla qarşılaşıb. Titullu rəqibinə "tuş"la qalib gələn Murad yarımfinala yüksəlib. Əhmədiyev rusiyalı Artur Sarqsyana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости