Prezident İlham Əliyev: Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır

Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin Ruanda Prezidenti Pol Kaqame ilə mətbuata bəyanatı zamanı söyləyib.

"Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman bizə dəstək vermişdir", - deyə dövlətimizin başçısı qeyd edib.