https://news.day.az/azerinews/1786873.html Bakı-Sumqayıt yolundakı dəhşətli qəzanın VİDEOsu Bu gün saat 08:50 radələrində Bakı-Quba yolunun 27-ci kilometrliyində - Sumqayıt şəhəri yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Sumqayıt yolundakı dəhşətli qəzanın VİDEOsu

Azərbaycanca, 9 октября 2025 15:14 (UTC +04:00) 366
Bakı-Sumqayıt yolundakı dəhşətli qəzanın

Bu gün saat 08:50 radələrində Bakı-Quba yolunun 27-ci kilometrliyində - Sumqayıt şəhəri yaxınlığında piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Ruslan Ağammədovun idarə etdiyi "Chevrolet" markalı, 77-YR-183 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxıb. Nəticədə maşın yolun kənarında dayanan 1995-ci il təvəllüdlü piyada Kənan Nəsirovu vurub. O aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

İdarə sürücülərə müraciət edərək yorğun, yuxusuz və ya səhhətində problem olduğu halda sükan arxasına əyləşməyin yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yaratdığını bildirib: "Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi sürücülər hələ də bu kimi hallara məsuliyyətsiz yanaşır ki, bu da çox zaman faciəvi nəticələrlə yekunlaşır".

Qəza anının görüntülərini təqdim edirik:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости