https://news.day.az/azerinews/1788754.html Qubada ayılar kəndin içində gəzirlər Quba rayonunun Qonaqkənd qəsəbəsində ayı hücumu qeydə alınıb. Day.Az xəbər verir ki, hadisə Vladimirovka kəndində baş verib. Kənd sakini Azər İskəndərov mal-qarasını otardığı zaman gözlənilmədən ayı ilə üz-üzə gəlib. Yırtıcı ona hücum edərək yerə yıxıb və xəsarət yetirib.

Qubada ayılar kəndin içində gəzirlər

Azərbaycanca, 17 октября 2025 10:42 (UTC +04:00) 406
Qubada ayılar kəndin içində gəzirlər

Quba rayonunun Qonaqkənd qəsəbəsində ayı hücumu qeydə alınıb.

Day.Az xəbər verir ki, hadisə Vladimirovka kəndində baş verib.

Kənd sakini Azər İskəndərov mal-qarasını otardığı zaman gözlənilmədən ayı ilə üz-üzə gəlib. Yırtıcı ona hücum edərək yerə yıxıb və xəsarət yetirib.

Lakin çobanla birlikdə olan itlər ayıya hücum çəkərək sahibini onun pəncəsindən xilas edə biliblər. Yaralanan şəxs dərhal xəstəxanaya çatdırılıb. Quba Rayon Mərkəzi Xəstəxanasında ona ilkin tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş qiymətləndirildikdən sonra evə buraxılıb.

Qeyd edək ki, son dövrlər bölgədə ayıların kəndlərə yaxın ərazilərdə görünməsi və təsərrüfatlara ziyan vurması hallarının artdığı bildirilir. Yerli sakinlər ayıların artıq kəndin içərilərinə qədər gəldiyini və bu səbəbdən narahat olduqlarını deyirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости