DÇ-2026: Azərbaycan - Fransa oyunu başa çatdı - VİDEO
22:58
DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycan - Fransa oyunu başa çatdı.
Day.Az xəbər verir ki, millimiz oyunda hesabı açan tərəf olsa da, yekunda 1:3 hesabı ilə məğlub oldu.
ххх
22:04
Azərbaycan-Fransa matçında ikinci hissə başlayıb.
Day.Az xəbər verir ki, ilk hissəsinin nəticəsinə görə Azərbaycan yığması hesabda geridədir - 1:3.
xxx
21:51
Azərbaycan-Fransa oyunun ilk hissəsi başa çatıb.
Day.Az xəbər verir ki, ilk hissəsinin nəticəsinə görə Azərbaycan yığması hesabda geridədir - 1:3.
xxx
21:50
Fransa yığması Azərbaycan yığmasının qapısına üçüncü qolu vurub.
Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, matçın birinci hissəsinə əlavə edilmiş birinci dəqiqədə Türam hesab arasındakı fərqi artırıb - 1:3.
21:30
Fransızlar Akluioçenin qolu ilə hesabda irəli çıxırlar: 1:2
ххх
21:18
Fransa millisi Azərbaycanla oyunda hesabı bərabərləşdirdi - 1:1
Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, 17-ci dəqiqədə Mateta fərqləndi.
xxx
21:05
Azərbaycan millisi fransızların qapısına yol tapıb.
Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, oyunun 4-cü dəqiqəsində Renat Dadaşov hesabı açıb: 1:0
xxx
21:01
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda üz-üzə gələn Azərbaycan və Fransa millilərinin oyunu başladı.
Day.Az İdman.Biz-ə istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxıblar:
Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Rəhman Daşdəmirov, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Emin Mahmudov (k), Renat Dadaşov, Xəyal Əliyev, Elvin Bədəlov, Ceyhun Nuriyev, Abdulla Xaybulayev, Qismət Alıyev.
Fransa: Luka Şevalye, Malo Qyusto, Kefrren Türam, Kristofer Nkunku, Uqo Ekitike, Manes Akliuş, İbrahima Konate (k), Uorren Zair-Emeri, Jan-Filipp Mateta, Lukas Ernandes, Teo Ernandes
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре