https://news.day.az/azerinews/1796666.html Bu ərazilərdə qaz olmayacaq - RƏSMİ Xətai və Binəqədi rayonlarının bəzi ərazilərinin qaz təminatında fasilə yaranacaq. Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bu ərazilərdə qaz olmayacaq - RƏSMİ

Azərbaycanca, 20 ноября 2025 09:14 (UTC +04:00) 321
Bu ərazilərdə qaz olmayacaq

Xətai və Binəqədi rayonlarının bəzi ərazilərinin qaz təminatında fasilə yaranacaq.

Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, Xətai rayonu, Süleyman Vəzirov küçəsində və Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar 20.11.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Süleyman Vəzirov, Fəzail Bayramov, Sergey Senyuşkin, Natiq Əliyev küçələrinin və Xocalı prospektinin, Binəqədi rayonunun isə 8-ci Mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости