Ceyhun Bayramov norveçli həmkarına Cənubi Qafqazdakı yeni reallıqlar barədə məlumat verib

23:58

4 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Norveç Krallığının xarici işlər naziri Espen Bart Eide ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Day.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Norveç ikitərəfli münasibətlərinin cari vəziyyəti nəzərdən keçirilib, siyasi dialoqun davamlılığının təmin edilməsi və əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları müzakirə olunub. Enerji sahəsində uzunmüddətli tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqlar, Ermənistan ilə normallaşma prosesi barədə qarşı tərəfə məlumat verilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

xxx

19:37

Xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclası çərçivəsində Norveç xarici işlər naziri Espen Bart Eyde ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Nazirlər iki ölkə arasında hazırkı vəziyyəti nəzərdən keçirib, siyasi dialoqun və əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Nazir Bayramov həmkarına Cənubi Qafqazda yaranmış yeni regional reallıqlar barədə də məlumat verib.