Prezident İlham Əliyev: Slovakiya və Azərbaycan dost ölkələr və strateji tərəfdaşlardır

Səfər zamanı apardığımız danışıqlar onu göstərir ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında söyləyib.

Keçən il Slovakiya ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladıqlarını xatırladan dövlətimizin başçısı qeyd edib ki, bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir. O sənədin imzalnamasından sonra bütün istiqamətlər üzrə biz çox fəal əməkdaşlığı görürük.