https://news.day.az/azerinews/1801249.html
“Qarabağ” bu axşam həlledici oyununa çıxır - "Ayaks"la çətin sınaq
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ" Bakıda Niderlandın "Ayaks" komandasını qəbul edəcək. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Matçın start fiti saat 21:45-də səslənəcək.
“Qarabağ” bu axşam həlledici oyununa çıxır - "Ayaks"la çətin sınaq
Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ" Bakıda Niderlandın "Ayaks" komandasını qəbul edəcək.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Matçın start fiti saat 21:45-də səslənəcək. Oyunu sloveniyalı FİFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, Azərbaycan təmsilçisi turnir cədvəlində 7 xalla 21-ci yerdə qərarlaşıb. İlk beş oyunun hər birində məğlub olan "Ayaks" isə 36-cı - sonuncu pillədə yer alır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре