https://news.day.az/azerinews/1802638.html Yeni Dehlidə hava çirklənməsi kritik həddə çatıb - Məktəblər hibrid təhsilə keçib Hindistanın paytaxtı Yeni Dehlidə hava çirklənməsi kritik həddə çatıb, məktəblər hibrid təhsilə keçib Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin ətrafındakı 39 ölçmə stansiyasından 38-də hava çirklənməsi "şiddətli" səviyyədə qeydə alınıb.

Yeni Dehlidə hava çirklənməsi kritik həddə çatıb - Məktəblər hibrid təhsilə keçib

Azərbaycanca, 15 декабря 2025 19:36 (UTC +04:00) 353
Yeni Dehlidə hava çirklənməsi kritik həddə çatıb

Hindistanın paytaxtı Yeni Dehlidə hava çirklənməsi kritik həddə çatıb, məktəblər hibrid təhsilə keçib

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin ətrafındakı 39 ölçmə stansiyasından 38-də hava çirklənməsi "şiddətli" səviyyədə qeydə alınıb.

Hindistanın Hava Keyfiyyətinin İdarə Edilməsi Komissiyası ölkədə hava çirklənməsi ilə mübarizə məqsədilə Aşamalı Mübarizə Fəaliyyət Planının (GRAP) 4-cü mərhələsini tətbiq edib. Qərara əsasən, Yeni Dehlidə məktəblərdə hibrid təhsil sisteminə keçilib.

 

Hava Keyfiyyəti üzrə Erkən Xəbərdarlıq Sisteminin (AQEWS) proqnozlarına görə, bölgədə hava çirklənməsinin bu gün də "şiddətli" səviyyədə qalacağı, 16 dekabrda isə "çox pis" kateqoriyasında olacağı gözlənilir.

Rəsmilər sabahdan etibarən küləyin sürətinin artmasının hava çirklənməsində qismən azalma yarada biləcəyini bildirirlər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости