Bakıda “Güc biznesindir” devizi ilə “Dayaq” mükafatının təqdim olunması mərasimi keçirilir

2025-ci il üzrə iqtisadiyyatın müxtəlif sektorlarında çalışan ən fəal sahibkarlar mükafatlandırılır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Güc biznesindir" devizi ilə "Dayaq" mükafatının təqdim olunması mərasimi keçirilir.

Tədbirdə 300-dən çox iş adamı, startap, biznes assosiasiyaların nümayəndələri, millət vəkilləri və dövlət qurumlarının nümayəndələri iştirak edir.

Tədbir çərçivəsində rəsmi şəxslərin çıxşları, "2026: KOB-ların çağırışı" mövzusunda panel müzakirə, 2025-ci ildə uğur qazanmış 17 sahibkarlıq subyektinə "Dayaq" mükafatları təqdim edilməsi nəzərdə turulur.

Qeyd edək ki, sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə nəzərə alınaraq, artıq 4 ildir ki, biznes nümayəndələrinə "Dayaq" mükafatı təqdim edilir. KOBİA tərəfindən 2022-ci ildə təsis edilmiş "Dayaq" mükafatının məqsədi iqtisadiyyatın dayağı olan sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması, biznes düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir. Bu mükafat sahibkarların dayanıqlı inkişaf, innovativ yanaşma və sosial məsuliyyət sahəsində yaratdığı dəyəri cəmiyyətə tanıdır. "Dayaq" mükafatı yalnız sahibkarlara təşəkkür deyil, həm də biznesin yeni təşəbbüslərə və daha böyük hədəflərə doğru addımlaması üçün çağırış və dövlətin daima sahibkarın yanında olmasının göstəricisidir.

Xəbər yenilənəcək