Azərbaycanın Avropa ölkələri ilə münasibətləri ikitərəfli qarşılıqlı dialoq əsnasında davam etdirilib

Azərbaycanın Avropa ölkələri ilə münasibətləri ikitərəfli qarşılıqlı dialoq əsnasında davam etdirilib.

Day.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

O qeyd edib ki, həmçinin il ərzində Çin və Vyetnamla münasibətlər yeni mərhələyə yüksəlib.

"Yaxın Şərqdə və Qəzzadakı vəziyyətlə bağlı Azərbaycanın diplomatik təmasları davam etdirilib", - nazir əlavə edib.