https://news.day.az/azerinews/1805497.html
Milli Məclis Somali və Uqanda ilə vizadan qarşılıqlı azad edilmə sazişlərini təsdiqləyəcək
Milli Məclis Azərbaycanın Somali və Uqanda arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında müvafiq sazişləri təsdiqləyəcək.

Day.Az xəbər verir ki, bu Milli Məclisin payız sessiyası çərçivəsində dekabrın 30-da keçiriləcək son iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi"ndə və "Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi"ndə öz əksini tapıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре