Azərbaycanda siqaretlərin qiyməti qalxdı

Azərbaycanda siqaretlərin qiymətində artım müşahidə olunur.

Day.Az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, rəsmi açıqlama verilməsə də, marketlərdən əldə edilən məlumata əsasən, siqaretlərin qiymətində 30-50 qəpik arası bahalaşma qeydə alınıb.

Qeyd olunur ki, qiymət artımı hələlik bəzi marketlərdə tətbiq edilir.

Bahalaşmanın səbəbləri ilə bağlı isə məlumat yoxdur.