https://news.day.az/azerinews/1807448.html 1 ildə ailənin 5 üzvü öldü - Bu gün evləri də yandı Ağstafada yanğın hadisəsi baş verib. Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Rayonun Qırılı kəndində ikimərtəbəli 7 otaqlı evdə qeydə alınan hadisədə evin 1-ci mərtəbəsində mətbəxin tavanı və 2-ci mərtəbəsində bir otağın döşəməsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

1 ildə ailənin 5 üzvü öldü - Bu gün evləri də yandı

Azərbaycanca, 5 января 2026 16:30 (UTC +04:00) 319
1 ildə ailənin 5 üzvü öldü

Ağstafada yanğın hadisəsi baş verib.

Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Rayonun Qırılı kəndində ikimərtəbəli 7 otaqlı evdə qeydə alınan hadisədə evin 1-ci mərtəbəsində mətbəxin tavanı və 2-ci mərtəbəsində bir otağın döşəməsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

APA-nın məlumatına görə, hadisə kənd sakini Sahil İsmayılova məxsus evdə qeydə alınıb. İsmayılovlar ailəsinin 5 üzvü bir ildə müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində ölüb. 2024-cü ilin avqust ayında 2 yaşlı Gülxar İsmayılzadə, daha sonra onun nənəsi və babası, ailənin digər azyaşlı övladı vəfat edib. Ötən il iyulun 8-də isə ailənin gəlini Şəfayət İsmayılova şüşə silərkən nərdivandan yıxılaraq ölüb.

Faktla bağlı rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları əraziyə baxış keçirib. Hazırda yanğının səbəbləri araşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости