"3-ün kruqunda" parking yaradıldı

Paytaxtın Nəsimi rayonu 3-cü mikrorayon dairəsi ətrafında parking yaradılıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, körpü infrastrukturu boyu 20 Yanvar dairəsinə doğru M. Cəfərov küçəsində yaradılan paringin ödənişli olacağı bildirilir.

Qeyd edək ki, bundan əvvəl 3-cü mikrorayon dairəsi, körpünün alt hissəsində qanunsuz taksi və sərnişin daşıma xidməti göstərən avtomobillər dayanırdı. Daha sonra isə ərazinin ətrafına dəmir məhəccərlər quraşdırılmışdı.