https://news.day.az/azerinews/1812274.html
Bakıda həkim marşrut avtobusunda öldü
Bakıda sərnişin marşrut avtobusunda vəfat edib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb. 53 saylı xətt avtobusunda Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhyəddin Məhəmməd oğlu Aydəmirov qəfil vəfat edib.
Bakıda həkim marşrut avtobusunda öldü
Bakıda sərnişin marşrut avtobusunda vəfat edib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb.
53 saylı xətt avtobusunda Bakı şəhər sakini 1957-ci il təvəllüdlü Məhyəddin Məhəmməd oğlu Aydəmirov qəfil vəfat edib.
Dərhal təcili tibbi yardım çağırılsa da, onun öldüyü müəyyən edilib.
İlkin məlumata görə, M.Aydəmirov infarktdan həyatını itirib.
Qeyd edək ki, vəfat edən şəxs cərrah olub. O, uzun illər Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işləyib.
Araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре