Azərbaycanda hüquqşünas peşəsinə qəbul planı artırılmalıdır

Azərbaycanda hüquqi xidmətlər bazarı tənzimlənmir. İstənilən xarici ölkə vətəndaşı hüquq burosu açıb Azərbaycanda hüquq fəaliyyəti ilə məşğul ola bilir. Bu isə acınacaqlı haldır.

Day.Az Trend-ə istinadən xəbər verir ki bu fikirləri Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu gün Bakıda keçirilən "LEGIS" Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib.

A.Bağırov qeyd edib ki, Azərbaycanda hüquqşünas peşəsinə qəbul planı artırılmalıdır:

"Hüquqdan dərs deyən müəllimlər kifayət qədər məvacib ala bilmirlər. Universitetlərə isə ən çox gəliri hüquq fakültələri gətirir"

A.Bağırov əlavə edib ki, Ədliyyə Akademiyasının maddi tezniki bazası acınacaqlı vəziyyətdədir.