Beynəlxalq bazarlara çıxan startapların sayının artırılması hədəflənir

Azərbaycanın regionlarında gənclərin startap layihələrinin dəstəklənməsi, o cümlədən xarici investisiyaların cəlb olunması istiqamətində tədbirlər genişləndiriləcək.

Day.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda öz əksini tapıb.

2026-2030-cu illərdə həyata keçiriləcək tədbirlərin icrası Gənclər və İdman Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb. Digər icraçılar isə İnnovasiyalar Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir (tövsiyə olunur).

Tədbirlərdə ilkin olaraq startap layihələri üçün təqdimat günlərinin keçirilməsi (startap sayı - minimum 50, təqdimat günlərinin sayı - minimum 2), startap sayının minimum 100-ə, təqdimat günləri sayının minimum 4-ə çatdırılması nəzərdə tutulur.

Yekunda startapların kommersiyalaşdırılması səviyyəsinin yüksəldilməsi, investisiya cəlb etmiş və beynəlxalq bazarlara çıxış əldə etmiş startapların sayının artırılması hədəflənir.