https://news.day.az/azerinews/1851480.html
Latviya Belarusla sərhədi bağlayıb
Latviya texniki səbəblərə görə Belarusla sərhədi bağlayıb. Bu barədə Latviya daxili işlər naziri Yanis Dombrava sosial şəbəkədə bildirib. Latviya Dövlət Sərhəd Mühafizə Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Kristine Petersone bunun informasiya sistemlərində yaranmış nasazlıqla əlaqədar olduğunu dəqiqləşdirib.
Latviya Belarusla sərhədi bağlayıb
Latviya texniki səbəblərə görə Belarusla sərhədi bağlayıb.
Bu barədə Latviya daxili işlər naziri Yanis Dombrava sosial şəbəkədə bildirib.
Latviya Dövlət Sərhəd Mühafizə Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Kristine Petersone bunun informasiya sistemlərində yaranmış nasazlıqla əlaqədar olduğunu dəqiqləşdirib. Nasazlığın səbəbləri və problemin nə vaxt aradan qaldırılacağı hələlik məlum deyil.
Qeyd edək ki, bundan bir gün əvvəl Yanis Dombrava Latviya vətəndaşlarını Belarusa səfər etməməyə və ya artıq bu ölkədə olanları mümkün qədər tez geri qayıtmağa çağırmışdı.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре