https://news.day.az/azerinews/1852074.html Azərbaycanda 3 rayonun bir hissəsi qazsız qalacaq Sabahdan etibarən Azərbaycanın bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılacaq. Day.Az-ın "Azəriqaz"a istinadən verdiyi məlumata görə, fasilə "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə əlaqədardır.

Azərbaycanda 3 rayonun bir hissəsi qazsız qalacaq

Azərbaycanca, 4 августа 2026 16:51 (UTC +04:00) 215
Azərbaycanda 3 rayonun bir hissəsi qazsız qalacaq

Sabahdan etibarən Azərbaycanın bəzi yaşayış məntəqələrində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Day.Az-ın "Azəriqaz"a istinadən verdiyi məlumata görə, fasilə "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması ilə əlaqədardır.

Bildirilib ki, 5 avqust 2026-cı il saat 18:00-dan etibarən işlər başa çatanadək Samux, Şəmkir və Qazax rayonlarının bir sıra qəsəbə və kəndlərinə qazın verilişi dayandırılacaq.

Qaz təchizatında fasilə aşağıdakı yaşayış məntəqələrini əhatə edəcək:

Samux rayonu: Qaraağaclı, Qaraarx qəsəbələri, Yenikənd, Köbər, Qədili, Seyidlər və Sarıqamış kəndləri;

Şəmkir rayonu: Kür, Səməd Vurğun qəsəbələri, Mahmudlu, Keçili, Yeniabad, Çaparlı və Bayramlı kəndləri;

Qazax rayonu: Birinci Şıxlı, İkinci Şıxlı, Qaymaqlı, Kəmərli, Aslanbəyli və Yuxarı Salahlı kəndləri.

"Azəriqaz"dan bildirilib ki, təmir-qoşulma işləri başa çatdıqdan sonra qaz təchizatı texnoloji rejimə uyğun şəkildə mərhələli olaraq bərpa ediləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости