https://news.day.az/azerinews/1852283.html Koreyada anomal istilərlə bağlı ölənlərin sayı artır Cənubi Koreyada avqustun 4-nə olan məlumata görə, isti hava şəraiti ilə əlaqədar ölənlərin sayı 21 nəfərə çataraq ötən ilin eyni dövrünün göstəricisini ötüb. Bu barədə Koreya Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyi məlumat yayıb.

Koreyada anomal istilərlə bağlı ölənlərin sayı artır

Azərbaycanca, 5 августа 2026 18:28 (UTC +04:00) 297
Koreyada anomal istilərlə bağlı ölənlərin sayı artır

Cənubi Koreyada avqustun 4-nə olan məlumata görə, isti hava şəraiti ilə əlaqədar ölənlərin sayı 21 nəfərə çataraq ötən ilin eyni dövrünün göstəricisini ötüb.

Bu barədə Koreya Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika Agentliyi məlumat yayıb.

 

Bildirilib ki, mayın 15-dən avqustun 4-dək ölkənin xəstəxanalarına isti hava ilə bağlı 2 441 nəfər müraciət edib. Son sutka ərzində xəstələrin sayı 198 nəfər, ölənlərin sayı isə 1 nəfər artıb. Çxunçxon-Pukto əyalətində kənd təsərrüfatı sahəsində çalışan 60 yaşlı kişi həyatını itirib.

Qeyd edək ki, 2025-ci il mayın 15-dən avqustun 4-dək Cənubi Koreyada isti hava ilə əlaqədar səbəblərdən 20 nəfər ölüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости